Apr 09 2020 11:22
Elshad Aliyev
Views: 90

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları koronavirusun geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmalarını tələb edirlər.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxsləri, eləcə də nəqliyyat vasitələrinin sürücülərini və sərnişinləri yoxlayırlar. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir.


Create Account



Log In Your Account