May 19 2020 14:08
Elshad Aliyev
Views: 36

Paytaxtın nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTCAC-a bildirilib ki, məqsəd piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.

Artıq “28 May” küçəsinin Kövkəb Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə K.Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində müvafiq işlər görülüb.


Create Account



Log In Your Account