May 20 2020 13:06
Elshad Aliyev
Views: 41

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının yenidən alovlana biləcəyini düşünürlər. APA-nın xəbərinə görə, “Task & Purpose” nəşri ABŞ Müdafiə naziri Mark Esper üçün hazırlanan sənədə istinadən məlumat yayıb.

Bildirilib ki, koronavirusla mübarizədə effektiv peyvəndin yalnız 2021-ci ilin yayında hazır ola biləcəyi ehtimal edildiyi üçün Pentaqonda bu qənaətə gəlinib. 

“İlin sonuna COVID-19 alovlanmasının baş verə biləcəyi ehtimal olunduğu üçün biz hazırda diqqətimizi böhran missiyasının davam etdirilməsinə, fəaliyyətin genişləndirilməsinə və lazımı hazırlıqların aparılmasına yönləndirməliyik”, - deyə qeyd olunub.  

Hazırlanan sənədin rəsmi şəkildə dərc edilmədiyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp peyvəndin hazırlanması üzərində işlərin yaxşı getdiyini bildirərək ilin sonuna qədər  tamamlana biləcəyini vurğulayıb. 


Create Account



Log In Your Account