Jan 14 2017 11:23
Ulviyye Sabirqizi
Views: 1528

“Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının liderlərindən biri məhv edilib.

CBC-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

Onum sözlərinə görə, Əbdülqəni əl-Razas Yəməndə ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

“Terrorçunun məhv edilməsi ilə bağlı əməliyyat yanvarın 8-də keçirilib. Bu, “Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının Yəməndə və regionun digər ölkələrində terror aktları hazırlamaq və həyata keçirmək imkanlarını azaldacaq”, deyə P.Kuk bildirib.

Qeyd edək ki, 2009-cu ildə “Əl-Qaidə”nin qolu kimi yaranan “Ərəb yarımadasında Əl Qaidə” təşkilatı ötən il Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.


Create Account



Log In Your Account