Jun 03 2020 09:29
Elshad Aliyev
Views: 194

Mayın 28-də Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunvericilik orqanında Respublika günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.

Azərbaycanın Peru Respublikasındakı diplomatik nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda 1918-ci ilin 28 may tarixində yaradılmış AXC-nin Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanır.

Ardınca Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilir. 

Sonda AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi adından ölkəmizə təbrik ifadə olunur.


Create Account



Log In Your Account