Mar 02 2020 14:19
Elshad Aliyev
Views: 53

"Petkim" neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur) 2019-cu ildə 622 mln. ABŞ dollarlıq məhsul ixrac edib.

"APA-Economics"in "Petkim"ə istinadən verdiyi xəbərə görə, bu göstərici ilə "Petkim" neft-kimya kompleksi Egey bölgəsinin ən iri ixracatçısı olub.

Qeyd edək ki, 3 aprel 1965-ci il tarixində başda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlamışdır. 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq" A.Ş.-nin səhmlərinin 51%-i 2 milyard 40 milyon dollara SOCAR&Turcas Enerji A.Ş. tərəfindən əldə edilmişdir. Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sanayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.


Create Account



Log In Your Account