May 12 2020 14:34
Elshad Aliyev
Views: 60

Polşa elm adamları martın 3-dən 27-dək olan dövrdə yoluxmalarla balı apardıqları araşdırmaları tamamlayıblar. Məlum olub ki, virusu ölkəyə kütləvi şəkildə gətirən məhz gənclər olub.

AZƏRTAC xəbər verir ki, araşdırmalar ilkin yoluxmuş 1389 nəfər üzərində aparılıb. Məlum olub ki, yoluxanların üçdə biri məhz gənclərdir. Lakin onlar əsasən daşıyıcı rolunu oynayaraq daha yaşlı valideynlərini və qohumlarını yoluxdurublar. Bu gənclər əsasən 20-29 yaş arasında olanlardır və yoluxma faizi hər 100 minə 4 nəfər təşkil edib.

İlkin mülahizələrə əsasən, gənclər qış tətilləri zamanı İtaliyanın şimalına gedərək virusu oradan gətiriblər. Məhz ona görə də Polşa üzrə ən çox yoluxma faizi 50-59 yaş arasındakı insanlardır. Yəni, cavanlar öz valideynlərini və müəllimlərini yoluxduraraq virusun ölkədə artmasına səbəb olublar.

Polşada koronavirusdan vəfat edənlər arasında gənclər yoxdur. Bu da onunla izah olunur ki, gənc və sağlam orqanizm əsasən daşıyıcı rolunu oynayaraq xəstəliyi simptomsuz keçirə bilir.


Create Account



Log In Your Account