Dec 05 2019 10:18
Elshad Aliyev
Views: 55

Dekabrın 19-da Polşanın Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələrində həyata keçirilən Tvinninq layihələrinin icrasına dair konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə müzakirə ediləcək məsələlərdən biri də kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyinin artırılması üçün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi ilə bağlı həyata keçirilən Tvinninq layihəsi üzrə görülən işlər olacaq.

Layihə Polşa və Litva ilə birgə İtaliyanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.


Create Account



Log In Your Account