Apr 17 2020 18:00
Elshad Aliyev
Views: 193

Polşa hökuməti koronovirusla bağlı elan etdiyi karantin qaydalarının yumşaldılması ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski məlumat verib.

Baş nazirin sözlərinə görə, aprelin 20-dən etibarən ölkənin bütün parkları və meşələri ictimaiyyətə açıq olacaq, ərzaq mağazalarında bir dəfəyə olmasına icazə verilən insan sayı çoxaldılacaq, kilsələr yenidən ayinlərin icrası üçün açıq olacaq. Ölkə sərhədləri isə ən azı mayın 3-dək bağlı qalacaq.

Mateuş Moravetskiy vurğulayıb ki, alınan qərarlar əhalinin kütləvi istirahəti üçün yox, onların ruh yüksəkliyini qaldırmaq üçün vacibdir. Təbii ki, park və meşələrdə hər hansı kütləvi tədbirə icazə verilməyəcək, lakin insanlar gəlib asudə vaxtlarını və istirahətlərini normal keçirməlidirlər.

Polşa hökuməti mayın 3-dən etibarən isə ticarət və xidmət obyektlərindəki fəaliyyəti bərpa etməyi planlaşdırır. Ölkənin Səhiyyə naziri Lukaş Şumovskiy hələlik bütün ticarət və xidmət obyektlərində maska taxılmasının məcburi olduğunu bildirib.


Create Account



Log In Your Account