Aug 03 2020 13:14
Elshad Aliyev
Views: 46

Avqustun 3-ü gecə saatlarından başlayan güclü leysan və külək Polşanın beş əyalətini təhlükə altında qoyub.

AZƏRTAC xəbər verir ki, Polşanın Meteorologiya və Su Resursları üzrə İnstitutu səhər saatlarında birinci dərəcəli xəbərdarlıq edib. Əhaliyə evdən çıxmamaq və avtomobildən istifadə etməmək tövsiyə olunub. Bəzi yerlərdə leysan nəticəsində düşəcək yağışın miqdarının 40 millimetrə çatacağı gözlənildiyi üçün sel təhlükəsi realdır. Küləyin sürəti isə saatda 65 kilometr olacaq.

Xəbərdarlıq ilkin mərhələdə günün sonunadək qüvvədədir. Xüsusilə çay kənarlarındakı ərazilərin əhalisinə diqqətli olmaq, təhlükə anında operativ müraciət etmək tapşırılıb.


Create Account



Log In Your Account