May 20 2020 15:43
Elshad Aliyev
Views: 183

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri mütəmadi davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə rayon ərazisində maska taxmayan şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, elan olunan sanitar rejimin qaydaları izah edilib. Xüsusi olaraq insanların sıx toplaşdıqları ərazilərdə nəzarət gücləndirilib, sosial məsafənin qorunmasının hər bir kəsin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vətəndaşların diqqətinə çatdırılıb. Eləcə də polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar paylanıb.

 


Create Account



Log In Your Account