Jan 06 2020 10:37
Elshad Aliyev
Views: 101

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq rəsmi Tehranın ata biləcəyi hər hansı bir addıma hazırlaşır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo “Fox News”a açıqlamasında deyib.

“Biz mümkün cavaba hazırlaşırıq. Siz hərbi kontingentin artırılması ilə bölgədəki mövqeyimizin möhkəmləndirilməsi istiqamətində gördüyümüz işlərin şahidi oldunuz. Kibertəhlükəsizlik sistemlərimizi qorumaq və saxlamaq üçün addımlar atırıq. Mənim komandam, bölgədəki diplomatlar İranın səhv addım ataraq onlara hücum edəcəyi təqdirdə baş verə biləcək hər bir şeyə hazır olmaları üçün əllərindən gələni edirlər”, - Pompeo belə deyib.


Create Account



Log In Your Account