Feb 16 2017 11:06
Ulviyye Sabirqizi
Views: 1636

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

CBC xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirdi, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirilib.


Create Account



Log In Your Account