May 01 2017 14:57
Naile Hesenova
Views: 309

"Azərbaycanda polimer, azot gübrələri, neftayırma zavodları, özəlləşdirmə və digər layihələr artıq SOCAR-ı dünya miqyaslı enerji şirkətinə çeviribdir".

Bunu prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılış mərasimində çıxışı zamanı bildirib.

Mən bu gün SOCAR-ın fəaliyyətini qeyd etmək istəyirəm. Həm ölkə daxilində xarici tərəfdaşlarla icra edilən layihələrdə, eyni zamanda, xaricdə böyük sərmayə qoyurlar. Türkiyədə təqribən 20 milyard dollara yaxın sərmayə qoyulur. Azərbaycanda polimer, azot gübrələri, neftayırma zavodları, özəlləşdirmə və digər layihələr artıq SOCAR-ı dünya miqyaslı enerji şirkətinə çeviribdir".

Dövlət başçısı qeyd edib ki, neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək, qeyri-neft sektoru isə ölkə iqtisadiyyatını şaxələndirəcək:

"Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər. Beləliklə, Azərbaycan dövləti yaşayacaq, güclənəcək və xalqımız qürur hissi ilə bunu görərək daha da böyük həvəslə ümumi işimizə töhfə verəcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm və sizə uğurlar arzulayıram".


Create Account



Log In Your Account