Jun 03 2020 12:56
Elshad Aliyev
Views: 67

ABŞ Prezidenti Donald Tramp İndiana ştatında keçirilən ilkin seçkilərdə (praymeriz) qələbə qazanıb.

AZƏRTAC CBS telekanalına istinadla xəbər verir ki, Amerika administrasiyasının rəhbəri postuna namizədliyə Demokratlar partiyasından iddialı olan sabiq vitse-prezident Cozef Bayden də həmin ştatda qalib gəlib.

ABŞ lideri Donald Trampın ikinci prezidentlik müddətinə namizədliyinin irəli sürüləcəyi gözlənilən Respublikaçılar partiyasının seçkiöncəsi ümummilli qurultayının avqustun 24-27-də Karolina ştatının Şarlott şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin ştat qubernatoru Roy Kuper pandemiya səbəbindən tədbirin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Donald Tramp isə öz növbəsində respublikaçıların qurultayının təşkili üçün yeni ştat axtardığını deyib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri bu il noyabrın 3-də keçirilməlidir.


Create Account



Log In Your Account