Mar 27 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1516

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
 
CBC-nin məlumatına görə, polkovnik Rauf Rafiq oğlu Xələfov, polkovnik İlqar Əli oğlu Musayev, polkovnik Sahib Novruz oğlu Nağıyev və polkovnik Asif Mustafa oğlu Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib. 

 
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:
 
2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:
 
Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
 
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:
 
Ələkbərov Fazil Nəriman oğlu - general-mayor
Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik
Usubov Mütəllim Məhiş oğlu - polkovnik


«Vətən uğrunda» medalı ilə:

Ağayev Ramil Ağami oğlu - mayor
Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan
Səfərov Fuad Vaqif oğlu - polkovnik
Süleymanov Elşən Müzəffər oğlu - mayor
 
«İgidliyə görə» medalı ilə:
 
Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş
Fərzəliyev Muradxan Arif oğlu - kapitan
Rəsulov Ramin Qabil oğlu - mayor
Yusifzadə Emin Elxan oğlu - kapitan
 
«Hərbi xidmətlərə görə» medalı ilə:
 
Bağırov Elnur Bəxtiyar oğlu - mayor
Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı
Həmzəyev Rəşad Firidun oğlu - polkovnik
Qasımov Səbuhi Vaqif oğlu - mayor
Məmmədov Madar İbrahim oğlu - kapitan
Məsimov Nazim Abbas oğlu – kapitan
Musayev Mehman Fikrət oğlu - polkovnik
Paşayev Elnur Elman oğlu - kapitan.


Create Account



Log In Your Account