Jan 25 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1451

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Hindistanı dərin tarixi kökləri və xoş ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və rifah arzulayıram".

Dövlətimizin başçısı Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrovanı da təbrik edib.

Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 


Create Account



Log In Your Account