Feb 18 2017 16:29
Ulviyye Sabirqizi
Views: 1291

Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhendə “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.

CBC-nin xəbərinə görə, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 


Create Account



Log In Your Account