Jan 20 2017 10:46
Ulviyye Sabirqizi
Views: 1725

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

CBC xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.
Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

 


Create Account



Log In Your Account