Jul 07 2020 16:47
Elshad Aliyev
Views: 153

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı ünvanlayıb.

APA xəbər verir ki, başsağlığında deyilir: “Əlahəzrət,

Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.


Create Account



Log In Your Account