Dec 24 2019 12:40
Elshad Aliyev
Views: 209

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibə Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT HABER”, “CNN TÜRK”, “TRT AVAZ” televiziya kanalları, “Milliyet”, “Hürriyet” və digər qəzetlər dövlətimizin başçısının müsahibəsindəki ayrı-ayrı məqamları türkdilli oxuculara çatdırıblar. O cümlədən qardaş Türkiyənin haqq işlərinə dair müdafiə xarakterli fikirlərdən sərlövhə kimi istifadə olunub.

Məlumatlarda Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi iqtisadi layihələrin əhəmiyyəti və s. mühüm məqamlara geniş yer verilib. Diqqətə çatdırılır ki, bəzi ölkələr Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsini əngəlləmək istəsələr də Azərbaycan böyük uzaqgörənliklə Türkiyə və Gürcüstanla anlaşaraq bu layihənin gerçəkləşməsini təmin edib.


Create Account



Log In Your Account