Feb 02 2017 14:00
Ulviyye Sabirqizi
Views: 1463

Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.

CBC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı mərasimdə çıxış edib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov çıxış etdiblər.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.

Dövlətimizin başçısı mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.

Sonda xatirə şəkli çəkdirilib.

 


Create Account



Log In Your Account