Feb 28 2017 18:00
Ulviyye Sabirqizi
Views: 1471

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

CBC-nin məlumatına görə, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.

Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

 


Create Account



Log In Your Account