Aug 07 2019 14:47
Ferah Sabirqizi
Views: 178

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında da qatılıb. 

Bundan başqa, İlham Əliyev və Mehriban Əliyeva YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının, “Mirvari” Park Kompleksinin açılışında da olub.

Prezident və birinci xanım Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksinə baş çəkib, orada tikilən inalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər.

 


Create Account



Log In Your Account