Jul 10 2020 18:05
Elshad Aliyev
Views: 368

Karantin rejiminin tətbiq olunması ilə əlaqədar dövlətimizin bütün resursları səfərbər olunub. Tibbi heyət lazımi istiqamətdə fəaliyyətini davam etdirir. Hüquq-mühafizə orqanları, dövlət qulluqçuları aidiyyəti sahələr üzrə koronavirusla mübarizə istiqamətində fəaliyyətlərini davam etdirirlər. Bütün bunların əsas məqsədi dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq vətəndaşlarımızın sağlamlıqlarının və təhlükəsizliyinin qorunmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Ümumiyyətlə dünyadakı epidemioloji vəziyyət heç də ürəkaçan deyil. Artıq dünya üzrə 12 milyondan çox insanın virusa yoluxması qeydə alınıb, ölüm halları da artmaqda davam edir. Hazırda ən çox yayılma regionu Latın Amerikası müəyyən edilib. Bununla bərabər, Azərbaycanın yerləşdiyi regiona yaxın olan Yaxın Şərq regionunda da artma tendensiyaları özünü büruzə verməkdədir. Azərbaycan koronavirusla mübarizədə qlobal müstəvidə də səylərini davam etdirir. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyasının koronavirusla mübarizə ilə bağlı xüsusi sessiyası öz işinə başlayır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.


Create Account



Log In Your Account