Apr 16 2020 18:03
Elshad Aliyev
Views: 165

Hələlik Azərbaycanın hava əlaqələrinin bərpası nəzərdə tutulmur və bu, may ayına da şamil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək. Bu tədbirlər virusun xaricdən ölkəmizə daxil olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir.


Create Account



Log In Your Account