Nov 18 2019 12:09
Elshad Aliyev
Views: 44

Xocalı soyqırımı tarixdə türk-müsəlman coğrafiyasında törədilən ən ağır hadisələri mahiyyətcə təsdiq edən və müasir dövrdə törədilmiş soyqırımdır. Bu soyqırımın təfərrüatlarının dünya ictimaiyyətinə çatdırmaq və gələcək nəsillərə ötürmək çox vacibdir.

Bu fikirləri Yıldırım Bəyazid Universitetinin təsisçisi, professor Mətin Doğan Ankarada keçirilən Xocalı soyqırımı təqdimat mərasiminin əhəmiyyətini AZƏRTAC-a şərh edərkən deyib. Professor bildirib ki, Xocalı soyqırımı barədə həqiqətlərin dərsliklərə salınması ən mühüm məsələlərdən biridir.

Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) arasında imzalanan anlaşmaya əsasən YBU ərazisində Xocalı soyqırımı Park-abidə kompleksi salınır.


Create Account



Log In Your Account