Jan 13 2017 18:30
Ulviyye Sabirqizi
Views: 2887

Ötən il yol verdikləri kobud pozuntulara görə Bakı Şəhər Prokurorluğunun 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

CBC-nin xəbərinə görə, bunu Bakı şəhər prokurorluğunda ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirəsi zamanı Bakı şəhər prokuroru Əziz Seyidov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.

 


Create Account



Log In Your Account