Oct 20 2018 15:17
Naile Hesenova
Views: 506

"STAR Neft Emalı Zavodu Azərbaycanın qardaş Türkiyəyə qoyduğu investisiyanın bir hissəsidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə investisiyalarını artıracaq: "Bilirsiniz ki, Azərbaycan Türkiyənin energetika sektoruna çox böyük investisiya yatırıb. Ümumilikdə, Türkiyə tarixində qoyulan ən böyük xarici investisiyadır. Sözsüz ki, Azərbaycan enerji dövlətidir və ölkəmizin bu sahədə böyük təcrübəsi var. Eyni zamanda Azərbaycan Türkiyəyə qaz, Türkiyə üzərindən neft ixrac edir. STAR Neft Emalı Zavodunun açılması Azərbaycanın Türkiyə, ümumiyyətlə, bölgədə mövqelərini daha da gücləndirəcək".

 


Create Account



Log In Your Account