Feb 13 2020 11:50
Elshad Aliyev
Views: 154

Şaxtalı hava Azərbaycan seçicilərinə fevralın 9-da parlament seçkilərində fəallıq göstərməyə mane olmadı.

Bu fikir Meksikanın ən çox oxunan ingilisdilli “Puls News Mexico” qəzetində dərc olunmuş məqalədə yer alıb.

Parlament seçkilərinin yekunlarını şərh edən müəllif seçkilərin 883 beynəlxalq, 77 min 790 yerli müşahidəçi tərəfindən izlənildiyini qeyd edir. Seçkilərin 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirildiyi bildirilir. Parlament seçkilərində 1314 deputatlığa namizədin mübarizə apardığı və ölkənin hakim siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinin yüksək səs topladığı diqqətə çatdırılır. Seçkilərdə ciddi qanun pozuntusunun qeydə alınmadığı vurğulanır.


Create Account



Log In Your Account