Jun 04 2020 17:03
Elshad Aliyev
Views: 142

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , bununla yanaşı, ölkə başçısı bütün regionlarda vəziyyətin nəzarətdə saxlamağın vacibliyini qeyd edib: "Hazırda bütün ölkə üzrə vəziyyət sabitləşir, yaxşılaşır. Sözsüz ki, daim və ən dəqiqliklə hər bir regionda vəziyyətə nəzarət etmək və dəyişən duruma operativ reaksiya vermək lazımdır".

Putin Zabaykale regionunda koronavirus infeksiyasının dinamikasının mürəkkəb olduğunu vurğulayaraq regionda COVID-19 xəstələri üçün hospital tikməyi tapşırıb.


Create Account



Log In Your Account