Mar 09 2017 17:29
Ulviyye Sabirqizi
Views: 1155

Rusiya prezidenti Vladimir Putin 10 nəfər generalı istefaya göndərib.

CBC-nin məlumatına görə, bunlar Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi (İK) və Federal Penitensiar Xidmətinin (FPX) zabitləridir.

İstefaya göndərilənlər arasında Privoljsk federal dairəsi üzrə DİN nəqliyyat idarəsinin rəisi Vladimir Berqlezov, İstintaq Komitəsinin Primorye vilayəti üzrə istintaq idarəsinin rəhbəri Sergey Bobrovniçiy, FPX-nın Saratov vilayəti üzrə idarə rəisi Aleksandr Qnezdilov, DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəisi Sergey Solodovnikov, DİN-in Voloqda vilayəti üzrə idarəsinin rəisi Vitaliy Fedotov, Nijniy Novqorod vilayəti üzrə DİN Baş İdarə rəisi İvan Şayev və Mordoviya üzrə FPX İdarə rəisi Ramazan Yaqyayev var. İstefaya həmçinin Yəhudi Muxtar Vilayətinin prokuroru Lidiya Dyakonova və Çuvaşıya Respublikasının prokuroru Sergey Leqostayev göndərilib.

Kadr dəyişikliklərin səbəbi barədə məlumat verilmir.

 


Create Account



Log In Your Account