Jun 01 2021 17:58
Elshad Aliyev
Views: 137

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında müşavirə keçirib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müşavirədə Rusiyanın keçmiş sovet respublikaları ilə münasibətləri müzakirə olunub.

“Rusiya üçün xarici işlərdə ən vacib prioritetlərdən biri yaxın qonşularımızla, keçmiş Sovet İttifaqı respublikaları ilə münasibətlərdir. Ona görə də bu gün məhz bu işin aspektlərindən biri ilə məşğul olacağıq”, - deyə Vladimir Putin qeyd edib.


Create Account



Log In Your Account