Mar 31 2020 17:33
Elshad Aliyev
Views: 146

Moskvanın Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəliklər xəstəxanasının baş həkimi koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenkonun COVID-19 virusuna yoluxduğu bildirilib.

Qeyd edək ki, baş həkim Denis Protsenko martın 24-də Prezident Vladimir Putin həmin xəstəxanaya gələrkən onu müşayiət edib.


Create Account



Log In Your Account