Jul 09 2020 17:31
Elshad Aliyev
Views: 150

FIDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə “Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 9-da onlayn Qran-Pri turnirinin üçüncü mərhələsinin dörddəbir final mərhələsinin görüşləri oynanılır.

AZƏRTAC xəbər verir ki, yarışda Rusiya şahmatçıları Yekaterina Laqno ukraynalı Anna Uşenina, Aleksandra Kostenyuk Hindistan şahmatçısı Humpi Koneru, çinli şahmatçılar Hou Yifan Harika Dronavalli (Hindistan), çinli Vencun Cu iranlı Sarasadat Hademalşarieh ilə qarşılaşırlar.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli V.Cu ilə mübarizədə 2,5:7,5 hesabla məğlub olduğu üçün növbəti mərhələyə keçə bilməyib. Şahmatçımız “Women's Speed Chess Championship” çərçivəsində keçirilən Qran-Pri turnirində çıxışını başa vurub. O, bundan əvvəlki iki turnirin startında A.Kostenyuk və H.Yifana məğlub olub.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.


Create Account



Log In Your Account