Feb 21 2020 13:31
Elshad Aliyev
Views: 194

Ərəbistanının “Salam” mədəniyyətlərarası əlaqələr üzrə gənclər təşkilatının üzvləri, habelə yerli ictimaiyyət nümayəndələri ilə görüşüb və kütləvi informasiya vasitələrinə müsahibə verib.

Fevralın 20-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının üzvlərini qəbul edib. Görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Kral Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, öz növbəsində, salam-dualarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Kral Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının növbəti sessiyasinin Ər-Riyadda keçirilməsindən məmnunluq duyduğunu bildirərək, mərkəzin müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasında dialoqun möhkəmləndirilməsində, mötədillik və tolerantlıq dəyərlərinin təbliğində, radikalizm və terrorizmin müxtəlif formaları ilə mübarizədə rolunu yüksək qiymətləndirib.

 


Create Account



Log In Your Account