Mar 11 2020 16:59
Elshad Aliyev
Views: 186

Misirin Nəqliyyat Nazirliyi martın 11-dən etibarən Qahirə metrosunda sıxlıq olan saatlarda sərnişinlərə tibb maskaları paylanıldığını bəyan edib.

AZƏRTAC nazirliyin bəyanatına istinadla xəbər verir ki, Qahirə Metro Departamenti daha çox sərnişin sıxlığı müşahidə edilən stansiyalarda bu məqsədlə xüsusi məntəqə açıb. Maskalar qatar vaqonlarında, bilet satışı ofislərində də paylanılır. Qeyd olunur ki, koronavirusun ən çox yayılma ehtimalı olan məkanlardan biri məhz metrodur.

Bundan başqa, metro stansiyalarının və qatarların dezinfeksiyası davam etdirilir. Artıq günün birinci yarısında mindən çox sərnişinə tibbi maskalar paylanılıb. Nəqliyyat Nazirliyi stansiyaların divarlarında koronavirusa qarşı profilaktik tədbirlərin əks olunduğu plakatlar da asıb.

Son məlumata görə, Misirdə koronavirusa yoluxanların sayı 59 nəfərdir, lakin təkrar analizdən sonra onlardan 26-da virusun olmadığı müəyyən edilib.

 


Create Account



Log In Your Account