Mar 05 2020 13:25
Elshad Aliyev
Views: 37

Misirin paytaxtında hindistanlı qadın sahibkar Harbin Auroranın rəhbəri və yaradıcısı olduğu Qadın İqtisadi Forumunun ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə təşkil olunan tədbirin açılışında nazirlər və parlamentin üzvləri iştirak edirlər. "Mədəniyyət və kreativlik sülhə və tərəqqiyə aparan yoldur" adlı Forumda dünyanın bütün ölkələrindəki qadınların biznesdə liderliyinin inkişafı, yeni layihələrin həyata keçirilməsi və hökumətlərin sahibkarlıqla məşğul olan zərif cinsin nümayəndələrinə dəstəyi müzakirə olunur.

Harbin Aurora bildirib ki, qadın sahibkarların şəbəkəsini genişləndirmək məqsədilə ilk rəqəmsal platforma yaradılıb və onun reallaşdırılmasına məhz Misirdən başlanılıb. Bu platformada bir milyon qadının birləşməsi nəzərdə tutulur.

Forumda iş yerlərinin açılması, beynəlxalq ticarət, qadınların texnologiyanın inkişafında və maliyyə işlərində iştirakı, onların təhsili və sosial problemləri də müzakirə olunur.

 


Create Account



Log In Your Account