Oct 23 2017 16:25
Ferah Sabirqizi
Views: 621

Premium kinoteatr “CinemaPlus 28 Mall”da 23 oktyabr 19:15-də qalmaqallı tarixi dram olan “Matilda” filminin dünya premyerasından 3 gün öncə nümayişini keçirəcək. Ssenarinin hazırlanmasında aralarında Amerika və Fransadan olan 10-dan çox ssenarist iştirak edib. Paltarların hazırlanmasına 17 tondan çox parça sərf olunub, cəmi isə 5 min geyim hazırlanıb.  

Rejissor Aleksey Uçitel. Rollarda Mixalina Olşanska, Lars Aydinger, Luiza Volfram, Danila Kozlovskiy və s.

Film haqqında qısa məlumat: Sonuncu imperator və rus baletinin nüfuzunun möhürünü vurmuş balerina. Rus tarixini dəyişməyə qadir bir eşq hekayəsi. Əfsanəyə çevrilmiş məhəbbət. Hər bir insanın həyatında onu həmişəlik dəyişə biləcək günlər olur. Ən vacib gün gəldikdə isə sevginin sədasına səs verirsən. Amma imperator gözəlliyi ilə onu dəli-divanə edən rəqqasəni səvərsə.Uspenskiy kilsəsi, Kreml, çar imaratləri, Mariinskiy və Böyük teatrın səhnələri – bir sözlə, əbədi Rusiyanın döyünən ürəyi.

Premyeraya bileti "Cinema Plus"un rəsmi saytında və eyni zamanda "CinemaPlus 28 Mall"kinoteatrın kassalarından almaq olar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 


Create Account



Log In Your Account