Feb 17 2020 15:08
Elshad Aliyev
Views: 52

Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi soyqrım qurbanlarının xatirəsinin 28-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

APA-nın Qrabağ bürosunun xəbərinə görə, 1992-ci ildə Qaradağlının işğalından sonra Beyləqan rayon ərazisində salınmış Qaradağlı qəsəbəsində təşkil olunan tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, hərbçilər və Qaradağlı kənd sakinləri  iştirak ediblər. Mərasim iştirakçıları həmin gün şəhid olan 80 nəfərin xatirəsinə ucaldılmış “Qaradağlı şəhidləri” abidə kompleksini ziyarət edib.

Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Ermənilərin kəndə hücumu 4 gün davam edib. Fevralın 17-də kənd ermənilərin nəzarətinə keçib. Həmin döyüşlərdə 80 nəfər Qaradağlı sakini şəhid olub, 54 nəfər girov düşüb. Girovluqda olanlardan 8 nəfəri ermənilərin işğəncəsinə dözə bilməyərək həyatını itirib, 46 nəfər erməni girovluğundan azad olunub.


Create Account



Log In Your Account