Aug 28 2017 12:35
Ferah Sabirqizi
Views: 513

ABŞ-ın Arkanzas ştatında tüğyan edən “Xarvi” qasırğası ilə əlaqədar Meksika Körfəzində neft istehsalı ləngiyib. Bunun nəticəsində “Brent” markalı xam neftin qiymətində artım müşahidə olunub.

Hazırda “Brent” nefti Londonun ICE birjasında 52,55 dollar/barreldən alıcı axtarır.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Təhlükəsizlik və Ətraf Mühit Bürosu bildirib ki, qasırğa ilə əlaqədar ABŞ-ın Meksika Körfəzində neft istehsalı təxminən 22 faiz azalıb.


Create Account



Log In Your Account