Mar 26 2020 11:24
Elshad Aliyev
Views: 140

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax rayonunda təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, rayon ərazisində, küçə və səkilərdə, parklarda, yaşayış binalarının həyətlərində, idarə və müəssisələrdə koronavirus əleyhinə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 25-26-da Qax şəhərinin küçə və prospektlərində, yaşayış məhəllələrində, insanların sıx toplaşdığı ərazilərdə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və əlaqədar qurumların mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, yaşayış binalarının giriş blokları və pilləkənlər dezinfeksiya edilib.

Dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.


Create Account



Log In Your Account