Jul 01 2020 17:56
Elshad Aliyev
Views: 146

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin iyulun 5-dən ölkədə 14 günlük karantin rejiminin tətbiq olunmasını təklif etdiyini bildirib.

Qeyd edək ki, bununla əlaqədar Qazaxıstanın Səhiyyə naziri sabah açıqlama verəcək.

Xatırladaq ki, iyunun 29-da Kasım-Jomart Tokayev ölkədə epidemioloji vəziyyətə görə sərt karantin rejimini yenidən tətbiq etmək üçün hökumətə iki gün ərzində təkliflər verməyi tapşırmışdı.

Səhiyyə naziri Aleksey Tsoy dörd həftəlik karantinin tətbiq edilməsinin zəruriliyini bildirmişdi.


Create Account



Log In Your Account