Mar 12 2020 15:27
Elshad Aliyev
Views: 97

Koronavirusun pandemiyası ilə əlaqədar Qazaxıstanda beynəlxalq aviasiya daşımalarına qarşı əlavə məhdudlaşdırıcı tədbirlər görülür.

AZƏRTAC-ın məlumatına görə, Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev bildirib ki, Qazaxıstan Avropa və bir sıra digər ölkələrə uçuşların sayını azaldır.

Hazırda Qazaxıstan Avropa İttifaqı ölkələrinə həftədə 25 aviareys yerinə yetirir. Martın 16-dan etibarən bəzi istiqamətlər üzrə, İstanbul, Frankfurt, Amsterdam, London, Praqa, Dubay, Abu-Dabi istiqamətlərində həyata keçirilən reyslərin sayı azalacaq.

Berik Kamaliyev bildirib ki, Avropada və başqa ölkələrdə olan Qazaxıstan vətəndaşlarının bu reyslərlə ölkəyə qayıtmaq imkanı var.


Create Account



Log In Your Account