Jun 23 2020 15:42
Elshad Aliyev
Views: 59

Qazaxıstan bu ilin ikinci yarısında neft hasilatını azaltmaqda davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanda və digər ölkələrdə neft hasilatının azaldılması üçün əvvəllər görülən tədbirlər sayəsində qiymətlərin dinamikasında müsbət tendensiya və bazarda disbalansın azalması müşahidə olunur. Qəbul olunan yanaşma ölkənin daxili bazarının tələbatını təmin etməyə, həmçinin hasilatın təbii azalması mərhələsində olan iri layihələr və köhnə yataqlar üçün neft istehsalının azaldılması üzrə öhdəliklərin ədalətli bölüşdürülməsinə imkan verir.

Qeyd edək ki, Qazaxıstanın Şərqi Manqistau vilayətindəki “Bekturlu” yatağında neft hasil olunmağa başlanıb.


Create Account



Log In Your Account