May 11 2020 15:28
Elshad Aliyev
Views: 175

Qazaxıstanın hər bir regionunda vəziyyət yaxşılaşdıqca karantin məhdudiyyətləri tədricən götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Dövlət Komissiyasının yekun iclasında deyib.

Ölkə başçısı bildirib ki, bu gün bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi dayandırılır. Lakin bir sıra regionlarda yoluxma təhlükəsi qalmaqdadır. Pandemiya hələ də əhalinin sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən, hər bir regionda vəziyyət yaxşılaşdıqca karantin məhdudiyyətləri tədricən aradan qaldırılacaq.


Create Account



Log In Your Account