May 31 2020 17:50
Elshad Aliyev
Views: 127

Qazaxıstanda son bir gündə 476 nəfərdə koronavirus infeksiyası aşkar edilib. COVID -19-a yoluxma hallarında artım 4,6 faiz olub.

AZƏRTAC xəbər verir ki, COVID -19-dan iki nəfər bu gün dünyasını dəyişib.

Bu günə qədər ölkədə 10858 xəstədə koronavirus hadisəsi qeydə alınıb, 5220 xəstə sağalıb, 40 nəfər həyatını itirib.

Həftənin nəticələrinə görə ölkədə koronavirusa yoluxanların ən yüksək faiz artımına malik bölgələrin adları açıqlanıb. Ən böyük artım Şərqi Qazaxıstan bölgəsində - 91,94 faiz müşahidə olunur. COVID-19-a yoluxma Qərbi Qazaxıstan, Qaraqanda, Mangistau və Kostanay bölgələrində ciddi artım qeydə alınıb.


Create Account



Log In Your Account