May 11 2020 10:38
Elshad Aliyev
Views: 49

Qazaxıstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan fövqəladə vəziyyət bu gün sona çatır. AZƏRTAC xəbər verir ki, buna baxmayaraq, mayın 11-dən paytaxt əvvəlki karantin rejimində davam edəcək.

Qeyd edək ki, Qazaxıstanda fövqəladə vəziyyət bu il martın 16-dan tətbiq olunmuşdu. Prezident Kasım-Jomart Tokayev aprelin 10-da Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının iclasında vilayət və respublika əhəmiyyətli şəhərlərin fövqəladə vəziyyət rejiminin aprel ayının sonuna qədər uzadılmasını elan etmişdi. Daha sonra fövqəladə vəziyyət rejimi mayın 11-dək uzadılmışdı.


Create Account



Log In Your Account