Mar 19 2020 16:31
Elshad Aliyev
Views: 76

Qazaxıstanda hərbçilər martın 19-dan Nur-Sultan və Almatı ətrafında tətbiq olunan keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçdilər.

AZƏRTAC xəbər verir ki, martın 19-dan etibarən Almatı və Nur-Sultan şəhərləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantinə alındı və giriş-çıxış məhdudlaşdırılıb.

Son məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 44 nəfərə çatıb. Onların hamısı ölkənin cənub və şimal paytaxtlarında qeydə alınıb.


Create Account



Log In Your Account