May 14 2020 17:59
Elshad Aliyev
Views: 172

Qazaxıstanda fövqəladə vəziyyət bitdikdən sonra karantin zamanı tətbiq olunan qaydalar yüngülləşdirilir. Ölkədə iqtisadiyyat sahələrinin bərpası və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra konkret qərarlar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, artıq ölkənin bütün şəhərlərinə daxili aviareyslər bərpa olunub. Aviauçuşlar zamanı sərnişinlərdən tələb olunan COVID-19 haqda arayış ləğv edilib.

Paytaxtda ictimai nəqliyyatın fəaliyyəti də bərpa olunub.

Qazaxıstanda iyun ayının 1-dən isə dəmiryolu nəqliyyatı tədricən fəaliyyətini bərpa edəcək. İlkin mərhələdə ciddi sanitar qaydalara əməl etməklə 54 qatarın fəaliyyəti nəzərdə tutulub.

Bundan başqa mayın 18-dən ölkədə turizmin, mehmanxana komplekslərinin, 30-a qədər ziyarətçi qəbulu olan ictimai iaşə obyektlərinin və açıq havada xidmət göstərən kafelərin fəaliyyətinə icazə veriləcək.


Create Account



Log In Your Account